Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi


/ Muzeyin tarixi /

Xəbərlər

Hüseyn Cavidin əsərləri özbək dilinə tərcümə edildi

23.01.2012

    Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinin keçirilməsi üçün hazırlıq işləri xarici ölkələrdə də böyük həvəs və intuziazmla aparılır. Belə ki, yubiley Bakıda və Naxçıvanda keçirilməklə yanaşı Hüseyn Cavidin Ev Muzeyinin direktoru f.ü.e.d. Gülbəniz Babaxanlının və Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfirliyinin ikinci katibi Səbuhi Əhmədovun birgə təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində də keçiriləcəkdir.
    Yubiley tədbirinə hazırlıq çərçivəsində görülən işlərdən ən önəmlisi H.Cavidin əsərlərinin özbək dilinə tərcümə edilməsidir. Bu günlərdə tanınmış özbək şairi Usman Kuçkar (1992-ci ildə “Topal Teymur” pyesini özbək dilinə tərcümə etmişdir) “Şeyx Sənan” əsərinin tərcüməsini tamamlayıb, fevralın sonlarında isə “Səyavuş” əsərinin də tərcüməsi tamamlanacaq. Beləliklə, fevralın sonlarına H.Cavidin 3 əsərinin tərcüməsi artıq tamamlanmış olacaq. Yubiley tədbirinin keçirilməsi ərəfəsində “Topal Teymur”, “Şeyx Sənan”, “Səyavuş” pyesləri özbək dilində bir kitabda nəfis bir şəkildə nəşr olunacaqdır. Hüseyn Cavidin Ev Muzeyinin və Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfirliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində düzənlənəcək H.Cavidin xatirə gecəsində kitabın təqdimat mərasimi də planlaşdırılır.



Hüseyn Cavidin 130 illik yubileyi ilə bağlı görülən işlərə artıq start verildi.

23.01.2012

Huseyn Cavid   2012-ci ildə Azərbaycanın dahi şairi, böyük mütəfəkkir Hüseyn Cavidin anadan olmasının 130 ili tamam olur. H.Cavidin yubileylərinin respublikamızda və xaricdə yüksək səviyyədə qeyd olunması artıq bir ənənə halını almışdır. Bu il də yubileyə yüksək səviyyədə hazırlıq işləri görülür. Yubiley münasibətilə muzey silsilə tədbirlər hazırlayır.
    Bu münasibətlə Hüseyn Cavidin Ev Muzeyi Hüseyn Cavidin və ümumiyətlə cavidlər ailəsinin həyat və yaradıcılığını əks etdirən təqvim hazırlamışdır. Təqvimin tərtibatı olduqca maraqlıdır. Belə ki, təqvimdə cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar və onların izahı öz əksini tapmışdır. Təqvimin ikinci səhifəsində H.Cavidin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmişdir. Təqvimin hər bir səhifəsində Hüseyn Cavidin əsərlərindən parçalar verilmişdir.
    H.Cavidin şəxsiyyətinin və yaradıcılığının tanıdılması və təbliğində bu təqvimin rolunun çox böyük olacağına ümidvarıq.

Huseyn CavidHuseyn CavidHuseyn CavidHuseyn Cavid




Huseyn Cavid







H.Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfrans

23.01.2012

     2012-ci il 24 oktyabr tarixində görkəmli filosof şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 130 ili tamam olur. Bu münasibətlə 2012-ci il oktyabr ayının 24-25-i tarixlərində AMEA Hüseyn Cavidin ev muzeyində Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfrans Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunur.
     Konfransda iştirak etmək üçün tezislər və anket 2011-ci il oktyabrın 15-dək hüseinjavid@gmail.com e-mail ünvanına göndərilməlidir.
      Konfransda iştirak etmək üçün dəvətlər 2012-ci il oktyabrın 1-dək göndəriləcək. Dəvət olunan iştirakçılar öz iştiraklarını 2012-ci il sentyabrın 15-dək təsdiq etməlidirlər.
     Konfransdan əvvəl nəşr ediləcəyi üçün 2012-ci il mart ayının 1-dək məruzələr göndərilməlidir.
   Xarici ölkələrdən gələn iştirakçıların Bakıda qalma və yemək xərclərini təşkilatçı tərəf öz üzərinə götürür. Bakıya gəlmə və getmə xərcləri iştirakçıların öz hesabınadır.
    Tezis və məruzələrin tərtibatına dair tələblər:
    1. Tezis və məruzənin əvvəlində müəllifin soyadı, adı, elmi dərəcəsi (əgər varsa), iş yeri və vəzifəsi (əgər varsa), əlaqə telefonları, elektron poçtunun ünvanı göstərilməlidir.
   2. Tezis və məruzələr ciddi redaktə olunduqdan sonra Təşkilat komitəsinə göndərilməlidir.
   3. Tezis və məruzələr Azərbaycan və xarici dillərdə təqdim oluna bilər.
   Tezis və məruzələrin mətninin tərtibatına dair tələblər:
   1. Mətnin həcmi – tezis üçün 1 səhifə, məruzə üçün 10 səhifəyədək.
   2. Şrift – Times New Roman, 14, sətirlərarası interval – 1,5.
   3. İstinadlar – hər səhifənin sonunda. Şrift – Times New Roman, 12, sətirlərarası interval – 1.
   4. Müəllifin adı və soyadı, tezis və məruzənin adı kursivlə (İtalic) göstərilməlidir.
    Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
    Konfransda çıxış vaxtı – 10-15 dəqiqə.
   Çıxışlar Azərbaycan, ingilis və rus dillərində ola bilər (tərcümə təmin olunur).
   Təşkilat komitəsinin koordinatları:
   Azərbaycan Respublikası, Bakı, 
   İstiqlaliyyət küçəsi, 8, 
   Hüseyn Cavidin ev muzeyi.
   Telefon: (+99412) 492 06 57
                (+99412) 492 70 49
   Mobil:   (+99450) 244 70 49
                (+99451) 869 99 11
   E-mail: huseinjavid@gmail.com
   Web-sayt: www. huseyncavid.com
   Əlaqələndirici şəxslər: Gülbəniz Babaxanlı
                                     İbrahimova İlahə


Sentyabr ayının 28-30-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.

23.01.2012

Huseyn Cavid   Sərgidə AMEA Hüseyn Cavidin Ev Muzeyi 2008-2011-ci illərdə dərc olunmuş xeyli sayda kitab nümayiş etdirərək bu festivalda fəal iştirak etmişdir. Sərgidə Hüseyn Cavidin 5 cildlik külliyyatı, “Hüseyn Cavidin həyat və sənət yolu” adlı biblioqrafik göstərici, “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 10 cilddə, “Məhəbbətdir ən böyük din” adlı şairin şeirlərinin fransız dilinə tərcümə olunmuş kitabı, “Cavid hikməti” seçmə aforizmləri (miniatür kitab), çoxcildli Cavidşünaslıq tədqiqatlar toplusunun I, II, III, IV, V cildləri və digər kitablar nümayiş olunmuşdur. Hüseyn Cavidin Ev Muzeyinin əsas vəzifələrindən biri H.Cavid yaradıcılığı və irsi ilə yanaşı Cavidlər ailəsinin ictimaiyyətə tanıdılması olduğu üçün muzey sərgidə Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 90 illik yubileyi münasibətilə hazırladığı onun bəstələrindən ibarət ilk multimedia disklərini də (CD və DVD) nümayiş etdirmişdir.
   
ətraflı

Hüseyn Cavidin Ev Muzeyi H.Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfransa hazırlaşır.

23.12.2011

2012-ci il 24 oktyabr tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 ili tamam olur. Bu münasibətlə 2012-ci il oktyabr ayının 24-25-i tarixlərində AMEA Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir. Yubileylə bağlı muzeydə keçiriləcək beynəlxalq elmi konfransa ciddi hazırlıq işləri görülməkdədir. Bu münasibətlə muzeydə bir canlanma müşahidə olunur və əməkdaşlar öz üzərlərinə düşən vəzifələri daha böyük həvəslə icra edirlər. Görülən işlər sırasında əsasən aşağıdakıları qeyd etmək olar:

© 2006-2011 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil

www.lit.az-Azərbaycanın ədəbiyyat portalı