Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi

Muzeyin nəşrləri


      "Hüseyn Cavid: həyat və sənət yolu"
Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunfn və ölkə kitabxanalarına hədiyyə edilən kitab.

     Cavidşünaslıq
Hüseyn Cavidin Ev Muzeyində hazırlanmış bu kitaba Azərbaycanın mütəfəkkir şairi Hüseyn Cavid yaradıcılığı ilə bağlı illər öncə və bu gün müasirlərimiz tərəfindən tədqiq edilən və qələmə alınan xatirə, oçerk, elmi tədqiqat və esse xarakterli materiallar toplanmışdır. Müntəzəm nəşri nəzərdə tutulan «Əsərlər»in bu ilk cildinə yeni məqalələrlə yanaşı klassik ədəbiyyatşünaslarımız tərəfindən ayrı-ayrı vaxtlarda yazılmış, xarici və yerli mətbuatda öz əksini tapmış materiallar da daxil edilmişdir.

     Əsərləri
Çoxəsirlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən, zənginləşdirən qüdrətli söz ustası Hüseyn Cavid öz yaradıcılığı ilə, dərin hikmətli və fəlsəfi poeziyası, təkrarsız dramaturji əsərləri ilə Azərbaycanda milli şüurun intibahına xidmət göstərmişdir. 1937-ci il represiyalarının qurbanı olmuş böyük mütəfəkkirin, anadan olmasının 100 illiyi ilə bağlı hazırlaqların getdiyi dövrdə, Heydər Əliyevin şəxsi təşəbbüsü ilə məzarının Sibirdə tapılıb nəşinin Azərbaycana gətirilməsi, təsadüfi deyil ki, bir çox dünya tarixçiləri tərəfindən ölkədəki müstəqillik arzularının və milli – azadlıq hərəkatının başlanğıc nöqtəsi kimi səciyyələndirilmişdir. Müqtədir sənətkarın yaradıcılığındakı romantik coşğunluq ilk türk millətinin sabahına olan sonsuz inamdan qidalanırdı. Sənətkarın «Əsərləri»nin I cildinə «Keçmiş günlər» (Tiflis, 1913), «Bahar şəbnəmləri» (Bakı, 1917) şeirlər silsiləsi və «Azər» (1920-1937) poeması daxil edilmişdir. Bütün yaradıcılığı insanda, təbiətdə və dünyada gözəllik axtarışlarından ibarət olan mütəfəkkir şair bu şeirlərində gözəlliyin pozulan qaydalırını nizama salmaqla məşğuldur. Odur ki, söz sənətinin bu böyük rəssamını yalnız geniş fəlsəfi mənada gözəlliyi axtara-axtara və gözəlliyə salınan işığı izi ilə axıracan başa düşmək olar. Əsərlərin imlasına toxunulmamış, dil və üslubunun qorunulmasına çalışmışdır.

     Azərbaycan epik şeiri və klassik irs
Kitabda Azərbaycan ədəbiyyatının ən keşməkeşli dövlərindən olan keçən yüzilliyin 20-50-ci illərində yaranmış epik poemaların qaynaqları araşdırılır. Azərbaycan klassik poeziyasının, şifahi xalq ədəbiyyatının bu dövr epik şeirinə təsiri üzə çıxarılır. Monoqrafiyada poemaların ideoloji-fəlsəfi qaynaqlarının araşdrılmasına da xüsusi fəsil həsr edilmişdir.

© 2006-2008 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil seçin