Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi

Hüseyn Cavidin Virtual Ev Muzeyinə xoş gəlmisiniz

Burada muzeyin eksopnatlarını seyr emək mümkündür. Hal hazırda siz "Cavidin şöhrəti" otağının (IV otaq) eksopnatları ilə tanış olursunuz. Eksponatlara baxmaq üçün fotoların üzərində sol düyəməni sıxın, digər eksponata keçid üçün açılmış pəncərə üzərində eyni əməliyyatı yerinə yetirin. Digər otaqlara keçmək üçün:

I otaq    | II otaq    | III otaq    | IV otaq


© 2006-2008 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil seçin

Otağın eksponatları

1. Hüseyn Cavidin müxtəlif illərdə keçirilmiş yubiley tədbirlərindən fotolar və dəvətnamələr.
2. 10 iyun 1995-ci ildə Prezidentimiz Heydər Əliyevin Cavid məqbərəsinin layihəsi ilə bağlı apardığı toplantıda çəkilmiş foto.
3. Hüseyn Cavidin 111 illiyinin keçirildiyi tədbirdən foto.
4. Hüseyn Cavidin 100 illik yubileyinə həsr olunmuş tədbirdən foto.
5. Hüseyn Cavidin 95 illiyinə həsr olunmuş tədbirdən foto.
6. Prezident Heydər Əliyevin Cavid məqbərəsinin açılışındakı çıxışı zamanı çəkilmiş foto.
7. 1962-ci ildə Hüseyn Cavidə həsr olunmuş tədbirin fotosu.
8. Hüseyn Cavidin portreti, sujetli xalça, 1997. Rəssam Afaq Kərimova.
9. «İblis operasının yaranması», yağlı boya. Rəssam Ənvər Əliyev.
10. «İblis operasının yaranması» tablosu haqqında qısa məlumat.
11. «Son yay», yağlı boya. Rəssam Altay Hacıyev.
12. «Son yay» tablosu haqqında qısa məlumat.
13. Hüseyn Cavidin ailəsi, dostları və qələm yoldaşları ilə fotoları.
14. «Düşüncələr». Rəssam Altay Hacıyev.
15. Bakı Darülmüəllimin və Darülmüəllimatın 1926-cı il buraxılışının 50 illik yubileyi münasibətilə çəkilmiş məzun.
16. Hüseyn Cavid qələm dostları ilə. Bakı, 1926.
17. Hüseyn Cavid opera teatrının kollektivi ilə. Bakı, 1930.
18. V.Vişnevski, H.Cavid, Qantəmir. 1934.
19. Hüseyn Cavid qələm dostları ilə birlikdə.
20. Hüseyn Cavid Kislovodskdə. 1925.
21. Hüseyn Cavid ziyalılar ilə birlikdə.
22. Hüseyn Cavid istirahətdə olan zaman.
23. Hüseyn Cavid İstanbulda. 1907.
24. Hüseyn Cavid Kislovodskdə dostları ilə. 1933.
25. Hüseyn Cavid qələm dostları ilə.
26. Hüseyn Cavid və Azərbaycan yazıçıları Tiflisdə «Zarya Vastoka» qəzetinin redaksiyasında. 1929.
27. Hüseyn Cavidin dərs dediyi Azərbaycan Dövlət Pedoqoji Texnikumunun 1927-ci ildə ilk buraxılışı münasibətilə düzəldilmiş xatirə nişanı.
28. Hüseyn Cavidin Qurbanəli ağa Şərifzadəyə yazdığı məktub. İstanbul, 1906.
29. Hüseyn Cavidin Abdulla Şaiqə yazdığı məktub. Tiflis, 18 oktyabr 1910.
30. Hüseyn Cavidin Əziz Şərifə yazdığı məktub. 10 may 1916.
31. Hüseyn Cavidin İdris Axundzadəyə yazdığı məktub. 15 avqust 1925.
32. Hüseyn Cavidin istifadə etdiyi nərd taxtası.
33. Ərtoğrol Cavidin portreti. Rəssam Rafael Əsədov.
34. 1920-ci illərin pianosu.
35. Ərtoğrol Cavidə aid guşədən bir görünüş.
36. Ərtoğrol Cavidin fotosu.
37. Ərtoğrol anası Mişkinaz xanım və bacısı Turanla. 1926.
38. Ərtoğrol Cavidin 1927-ci il, 1929-cu il, 1933-cü il şəkilləri.
39. Ərtoğrol Cavidin 1938-1939-cu illərdə çəkilmiş şəkilləri.
40. Ərtoğrol Cavidin 1935-ci ildə sinif yoldaşları ilə birlikdə şəkilləri.
41. Ərtoğrol Cavidin rəsm əsərlərini və notlarını özündə əks etdirən bir guşə.
42. Ərtoğrol Cavidin təsvir etdiyi «Qızıl gül» rəsmi.
43. Ərtoğrol Cavidin təsvir etdiyi «Vilyam Şekspirin» portreti.
44. Ərtoğrol Cavidin təsvir etdiyi Abbas Mirzə Şərifzadənin «Şeyx Sənan» rolunda rəsmi.
45. Ərtoğrol Cavidin təsvir etdiyi «Bethovenin» portreti.
46. Ərtoğrol Cavidin notları və Fikrət Əmirovun onun haqqında söylədiyi fikirlər.
47. Ərtoğrol Cavidin guşəsindən görünüş.
48. Ərtoğrol Cavidə məxsus «Məhsətinin ariyası»nın notları.
49. Hüseyn Cavid məqbərəsinin açılışından foto və Ərtoğrolun 1943-cüildə ailəsinə yazdığı məktub.
50. Ərtoğrol Cavidə məxsus «Skripka üçün nəğmə»nin notları.
51. Ərtoğrol Cavidin Üzeyir bəyə ithaf etdiyi «9 variasiya»nın notları.
52. Ərtoğrol Cavidə məxsus sənədlər, boyalar və karandaşlar.
53. Ərtoğrol Cavidə məxsus yazı masası və onun istifadə etdiyi əşyalar.
54. Cavidlər ailəsinin istifadə etdiyi məişət əşyaları.
55. 1920-ci illərdə bu otaqda istifadə edilmiş masa.