Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi


/ Muzeyin tarixi /

Xəbərlər


[18.11.2007 ]
HÜSEYN CAVİDİN 125 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Hüseyn CavidNaxçıvanda Hüseyn Cavidin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir “Gənclik” Mərkəzində Hüseyn Cavidin 125 illik yubileyinə həsr olunmuş “Cavid ömrü” filminin təqdimatı ilə başlamışdır. Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir. Mərasimdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, filmin ssenari müəllifi, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Hüseyn Cavid rolunun ifaçısı Kazım Babayev çıxış etmişlər. Böyük ədibin həyat və yaradıcılığının ayrı-ayrı məqamlarının peşəkarlıqla əks olunduğu film dahi filosof-şairin xatirəsinə dövlət qayğısının...

[26.10.2007 ]
“HÜSEYN CAVİD İRSİ VƏ MÜASİR DÖVR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS
Oktyabrın 26-da Prezident İlham Əliyevin məlum Sərəncamının tələblərinə uyğun olaraq Milli Elmlər Akademiyası rəyasət heyətinin binasında böyük Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilmişdir. Əvvəlcə H.Cavidin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Azərbaycan Milli Elmlər Akademiyasının və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov açaraq əlamətdar gün münasibətilə iştirakçıları təbrik etmiş, konfransda görkəmli sənətkarın həyat və yaradıcılığının...

[25.10.2007 ]
ROMANTİK ŞAİRİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Prezident İlham Əliyevin məlum Sərəncamına əsasən, ölkəmizdə görkəmli Azərbaycan dramaturqu və romantik şairi Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Yubiley tədbirləri çərçivəsində oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavid Ev Muzeyinin və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sənətkarın adını daşıyan parkdakı abidəsi önündə onun anadan olmasının 125 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Rafael Hüseynov tədbiri açaraq

[26.09.2007 ]
“XƏYYAM” VƏ “SƏYAVUŞ” DÜŞƏNBƏ SƏHNƏSİNDƏ OYNANILACAQDIR
Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “Xəyyam” və “Səyavuş” pyesləri yaxın günlərdə Düşənbə teatrlarında tamaşaya qoyulacaqdır. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən məlumat verilmişdir ki, Düşənbədə keçirilən Cəlaləddin Ruminin 800 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edərkən xalq yazıçısı Anar Tacikistanın mədəniyyət xadimləri ilə görüşmüş, bu barədə öz təklifini vermişdir. Görüşdə işgüzar danışıqlar zamanı Anar Hüseyn Cavid yaradıcılığından danışaraq, onun iki pyesinə Düşənbə teatrlarında səhnə həyatı verilməsini təklif etmişdir. Yazıçının təklifi müsbət qarşılanmışdır.




[18.09.2007 ]
İBLİS ROLUNDA QADIN AKTRİSA ÇIXIŞ EDƏCƏKDİR
Dövlət Gənclər Teatrında Hüseyn Cavidin “İblis” faciəsi əsasında rejissor Rəhman Əlizadənin quruluşunda eyniadlı tamaşanın məşqlərinə başlanmışdır. Teatrdan bildirilmişdir ki, tamaşa görkəmli dramaturqun anadan olmasının 125 illik yubileyinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin məlum Sərəncamının icrasına yönəlmiş tədbirlərdən biridir. Yeni tamaşada İblis rolunda Azərbaycanın teatr tarixində ilk dəfə olaraq qadın-aktrisa Nəsibə Eldarova çıxış edəcəkdir. Əsas rollarda Məhərrəm Musayev, Elşən Hacıbəyov, Hüsniyyə Əhmədova, Natiq Aslan məşq edirlər. Tamaşanın rəssamı Vüsal Əliyevdir.






<< Əvvəlki    1 2 3 4    Sonrakı>>


© 2006-2007 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil

www.lit.az-Azərbaycanın ədəbiyyat portalı