Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi


/ Muzeyin tarixi /

Xəbərlər

Sentyabr ayının 28-30-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi.

23.01.2012

Huseyn Cavid   Sərgidə AMEA Hüseyn Cavidin Ev Muzeyi 2008-2011-ci illərdə dərc olunmuş xeyli sayda kitab nümayiş etdirərək bu festivalda fəal iştirak etmişdir. Sərgidə Hüseyn Cavidin 5 cildlik külliyyatı, “Hüseyn Cavidin həyat və sənət yolu” adlı biblioqrafik göstərici, “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 10 cilddə, “Məhəbbətdir ən böyük din” adlı şairin şeirlərinin fransız dilinə tərcümə olunmuş kitabı, “Cavid hikməti” seçmə aforizmləri (miniatür kitab), çoxcildli Cavidşünaslıq tədqiqatlar toplusunun I, II, III, IV, V cildləri və digər kitablar nümayiş olunmuşdur. Hüseyn Cavidin Ev Muzeyinin əsas vəzifələrindən biri H.Cavid yaradıcılığı və irsi ilə yanaşı Cavidlər ailəsinin ictimaiyyətə tanıdılması olduğu üçün muzey sərgidə Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin 90 illik yubileyi münasibətilə hazırladığı onun bəstələrindən ibarət ilk multimedia disklərini də (CD və DVD) nümayiş etdirmişdir.
   
ətraflı

Hüseyn Cavidin Ev Muzeyi H.Cavidin anadan olmasının 130 illiyinə həsr edilmiş “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfransa hazırlaşır.

23.12.2011

2012-ci il 24 oktyabr tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 ili tamam olur. Bu münasibətlə 2012-ci il oktyabr ayının 24-25-i tarixlərində AMEA Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir. Yubileylə bağlı muzeydə keçiriləcək beynəlxalq elmi konfransa ciddi hazırlıq işləri görülməkdədir. Bu münasibətlə muzeydə bir canlanma müşahidə olunur və əməkdaşlar öz üzərlərinə düşən vəzifələri daha böyük həvəslə icra edirlər. Görülən işlər sırasında əsasən aşağıdakıları qeyd etmək olar:
ətraflı

2012-ci ildə Hüseyn Cavidin 130, Hüseyn Cavidin Ev Muzeyinin 30 illik yubileylərinin keçirilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qərar qəbul etdi.

07.12.2011

       2012-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130, onun adını daşıyan Ev Muzeyinin 30 ili tamam olur.

ətraflı

Hüseyn Cavidin xatirə günü keçirildi

07.12.2011

   Huseyn Cavid

 

 

Dekabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin vəfatının 70-ci ildönümünə həsr edilmiş anım günü keçirildi.

ətraflı

“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin Naxçıvan Dövlət Universitetində təqdimat mərasimi keçirildi.

04.11.2011

      Mərasimdə universitetin müəllim və tələbə heyəti, görkəmli alimlər, tanınmış ədəbiyyatşünaslar iştirak etmişdir. Tədbir Naxçıvan Dövlət Universiteti Konservatoriyasının Böyük Akt zalında keçirilmişdir.

© 2006-2011 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil

www.lit.az-Azərbaycanın ədəbiyyat portalı