Hüseyn Cavidin ev muzeyi Hüseyn Cavidin ev muzeyi


/ Muzeyin tarixi /

Xəbərlər


“CAVİDŞÜNASLIQ” ÇOXCİLDLİYİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
[09.06.2008 ]
iclasAzərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyi əməkdaşlarının hazırladığı böyük sənətkarın yubileyinə həsr olunan “Cavidşünaslıq” çoxcildliyinin 3 cildini (I, II, III) nəşr etdirmişdir.
Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyi münasibətilə işıq üzü görən 1-ci cilddə sənətkarın yaradıcılığı iIə bağlı istər XX əsrin birinci yarısında, istərsə də müasirlərimiz tərəfindən qələmə alınmış xatirə, oçerk, elmi-tədqiqat və esse xarakterli materiallar toplanmışdır. Birinci cildə yeni məqalələrlə yanaşı, klassik ədəbiyyatşünaslarımız tərəfindən ayrı-ayrı vaxtlarda yazılaraq, xarici və yerli mətbuatda dərc olunmuş materiallar da daxil edilmişdir.
2-ci və 3-cü cildlərdə H.Cavid haqqında 1912-1937-ci illərdə çap olunmuş məqalə və resenziyalar, məlumatlar, böyük sənətkara həsr edilmiş bir neçə şeir yer almışdır. Materialların müəllifləri arasında Hənəfi Zeynallı, Cəfər Cabbarlı, Əli Nazım, Seyid Hüseyn, Yusif Vəzir Çəmənzəminli kimi tanınmış ədəbiyyat xadimləri ilə yanaşı, az tanınan yazarlar da vardır.
Cildlərin baş redaktoru və ön sözün müəllifi filologiya elmləri namizadi Gülbəniz Babaxanova, redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Teymur Kərimli, nəşrə hazırlayanı sənətşünaslıq namizədi Fəridə İbrahimqızı, ərəb dilindən latın qrafikasına transliterasiya edəni Züleyxa Teyyubovadır.

© 2006-2007 | Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev muzeyi
Bütün hüquqlar qorunur

Web support: Proqres WDS

Struktur
Ekspozisiya
Cavidşünaslıq
Əsərləri
Nəşrlər
Tədbirlər
Dil

www.lit.az-Azərbaycanın ədəbiyyat portalı